Saat 12-ni keçəndə hər kəs yeni ili, onlar isə ailələrinin yeni üzvünü qarşıladılar. Söhbət bu gün övlad sahibi olanlardan gedir. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ilin ilk körpələri vaideynlərinə böyük sevinc bəxş edib.
Biri əsnəyir, digəri ağlayır. Onlar 2016-ci ilin ilk körpələridir. Analarının sevinci isə gözlərindən oxunur. Yeni ilin ilk günündə təkcə bir xəstəxanada 4 uşaq dünyaya göz açıb.
2016-ci ilk körpələri təkcə Bakıda doğulmayıb. Bu görüntülər Zaqatala Mərkəzi Xəstəxanasının doğum şöbəsindəndir. Körpələrin valideynlərinin və yaxınlarının sevincinini həddi-hüdudu yoxdur.
Milli.Az