2016-cı il interyerində nələr dəbdə olacaq? - FOTO

2016-cı il interyerində nələr dəbdə olacaq? - FOTO
23:57 1 Yanvar 2016
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni ildə ev dekorasiyasında nələrin trend olacağını bilirsiniz?

Milli.Az publika.az-a istinadən yeni ilin interyerində ən çox istifadə ediləcək rəngləri təqdim edir.
 
Meymun  ilində ən populyar rənglərdən biri sarı olacaq. Otağın divarlarından birini sarıya boyaya bilər və ya sarı rəngli ev əşyaları, aksessuarlar ala bilərsiniz.
Sarı rəngi açıq rənglərlə uyğunlaşdırmaq tövsiyə edilir.
İlin trendlərindən biri də qəhvəyi rəng olacaq. Divan-kreslo dəstlərini, yataq dəstini bu rəngdə seçə bilərsiniz.
 
Evi yüksək əhval-ruhiyyə ilə dolduran bənövşəyi, lavanda və solğun çəhrayı rəng də ən çox istifadə edilən çalarlar arasında olacaq.
İnteryerdə qış fəslinə yaraşan, insanın ürəyini qızdıran narıncı rəngdən də  istifadə edə bilərsiniz. Narıncı rəngi bej və boz rənglə uyğunlaşdırın.
 
İlin trendlərinə uyğun olaraq salonu və yataq otağını gümüşü güzgülər, güldanlar, şamdanlar və digər aksessuarlarla bəzəyin.
 
Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR