"Başqalarına az və ya çox kömək etmək çox xoşuma gəlir"

"Başqalarına az və ya çox kömək etmək çox xoşuma gəlir"
00:05 2 Yanvar 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın bombardiri Kriştianu Ronaldo "Mundo Deportivo" nəşrinə maaqlı açıqlamalar verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz hücumçu indiki səviyyəsinə çatmaq üçün çox şeylərdən keçdiyini vurğulayıb.

"Başqalarına az və ya çox kömək etmək çox xoşuma gəlir. Kiməsə kömək edəndə Tanrı mənə ikiqat artığını qaytarır. Ata olandan sonra həyata başqa gözlə baxmağa başladım. Elə insanlar var ki, mənə nifrət edir. Onlar məni təkəbbürlü hesab edirlər. Bu, uğurumun bir hissəsidir. Ən yaxşı olmaq üçün doğulmuşam, beləyəm. Futbolda qazandığım bütün uğurlar bununla bağlıdırsa, heç nəyi dəyişmək fikrində deyiləm. Çarpayıya təmiz vicdanla uzanıram və ideal yatıram. Təzyiqə davam gətirirəm, çünki həyatım asan keçməyib. İndiki vəziyyətimə ailəmdən ayrı və üzərimə düşən sınaqlardan keçməklə gəlib çatmışam. 11 yaşımdan paltarlarımı özüm qatlayırdım. Psixoloji dözümlülük həmin vaxtlardan formalaşıb. Kral kimi yaşamaq istəyirəm. Karyeramı bitirəndən sonra həyatdan daha çox həzz almağa çalışacam. Onda istədiyimə etmək üçün kifayət qədər vaxtım da olacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR