Ötən ilin 11 ayında sığorta sahəsində ən çox artım su nəqliyyatı vasitələri ilə bağlı olub

Ötən ilin 11 ayında sığorta sahəsində ən çox artım su nəqliyyatı vasitələri ilə bağlı olub
00:08 2 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
2015-ci ilin yanvar-noyabr aylarında sığorta növləri arasında ən çox artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə, bu növ sığortadan toplanan sığorta haqqı 4 dəfə artaraq 2,74 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 87,5 faiz artaraq 700 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə 81,6 faiz artaraq 25 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,3 faiz artaraq 62,3 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 13,5 faiz artaraq 390 min manat, tibbi sığortada 3,4 faiz artaraq 63,4 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,9 faiz artaraq 31 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 30,6 faiz artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,6 faiz artaraq 28,6 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 48,8 faiz artaraq 24 milyon manat, avtomobillərin icbari sığortasında isə 9,2 faiz artaraq 70,8 milyon manat təşkil edib.
On bir ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8 faiz azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1 faiz azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 48 faiz azalaraq 624 min manata düşüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_ilin_11_ayinda_sigorta_sahesinde_en_chox_artim_su_neqliyyati_vasiteleri_ile_bagli_olub-915842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR