​2015-ci ildə Suriyada 55 mindən çox insan ölüb

​2015-ci ildə Suriyada 55 mindən çox insan ölüb
00:37 2 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ 2015-ci ildə Suriyada 55 min 219 nəfərin ölümü sənədlərlə əsaslandırılıb.
"Report" xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzi məlumat yayıb.
Ölənlərin təqribən 21 min nəfəri mülki şəxs, həmçinin 2 min 574 nəfəri uşaqlardır.
Eləcə də, ölənlər arasında 16 mindən çox İŞİD, "Nüsra cəbhəsi" və digər terror təşkilatlarına daxil olan müxtəlif vətəndaşlıqlı və milliyətli yaraqlı var.
Suriyanın hökumət qüvvələri il ərzində 8 min 800 əsgər itki verib.
Mərkəzin qiymətləndirmələrinə görə, Suriyada münaqişə tərəflərinin müxtəlif fəaliyyətlərinin real qurbanlarının sayı sənədləşdirilməsi mümkün olan rəqəmdən 12 min çoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/2015-ci-ilde-suriyada-55-minden-cox-insan-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR