“Nar” 4G şəbəkəsindən istifadə edənlərin sayı 15 mini keçib

“Nar” 4G şəbəkəsindən istifadə edənlərin sayı 15 mini keçib
01:18 2 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
“Nar” mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edənlərin sayı 15 mini keçib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni texnologiyadan yararlanmaq üçün SİM kartları dəyişməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə smartfonda LTE texnologiyasını seçmək kifayətdir.
“Nar” abunəçiləri yüksək sürətli 4G şəbəkəsindən eyni sərfəli qiymətlərlə və əlavə hər hansı bir ödəniş olmadan yararlana bilərlər. Hazırda daha çox abunəçi öz tələblərinə uyğun olan “Nar Turbo” paketini seçməklə LTE texnologiyasından yararlanır.
Qeyd edək ki, son 2 ildə şəbəkəsinin həcmini iki dəfədən çox artırmağa nail olmuş “Nar” hazırda 2938 2G, 2085 3G və 591 4G (LTE) stansiyalarını təqdim edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_4G_sebekesinden_istifade_edenlerin_sayi_15_mini_kechib-915847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR