Twitter Bağdadiləri qarışdırdı (FOTO)

Twitter Bağdadiləri qarışdırdı (FOTO)
03:06 2 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük sosial şəbəkələrindən olan Twitter, soyadı bənzərliyi səbəbindən iki istifadəçisini bir-birinə qarışdırıb. ANS PRESS-in məlumatına görə, məşhur mikrobloq səhvən insan hüquqları fəalı İyad əl Bağdadinin səhifəsini bağlayıb.

Buna, İndoneziyada fəaliyyət göstərən “Respublika” adlı xəbər saytının yayımladığı xəbərə mənəbə kimi səhvən İŞİD lideri Əbu Bəkr əl Bağdadi yerinə İyad əl Bağdadini göstyərməsi səbəb olub.


İnsan hüquqları fəalı İyad əl Bağdadi

Xəbərin yayılmasından bir müddət sonra İyad əl Bağdadinin twitter hesabı sosial şəbəkənin rəhbərliyi tərəfindən dondurulub.

Başda “New York Post” olmaqla bir çox nüfuzlu qəzetin “Respublika”nın xəbərini yalanlamasından sonra İyad əl Bağdadiyə aid twitter səhifəsinin fəaliyyəti bərpa olunub.

İyad əl Bağdadi başına gələnlər barədə “Independent” qəzetinə açıqlama verib.

“Heç mənə hesabımın niyə dondurulması barədə əməlli-başlı məlumat da verilmədi. Sadəcə twitterdən, saytın qaydalarını pozmağım barədə mesaj göndərdilər. Amma yenə də hansı qaydanı pozduğum bildirilmədi.”

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR