Bakıda supermarket yanıb

Bakıda supermarket yanıb
04:23 2 Yanvar 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda supermarket yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli “ARMO STORE” supermarketinin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanmışdır.

Marketin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR