ABŞ-da işsizlik çoxalıb

ABŞ-da işsizlik çoxalıb
07:11 2 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ötən həftəsonu işsizlik imtiyazlarından yararlanmaq üçün dövlət qurumlarına rəsmi müraciət edənlərin sayı artıb. ANS PRESS-in məlumatına görə, Amerikanın əmək nazirliyi bu barədə məlumat verib. Azı 20 minə qədər insanın dövlət qurumlarına bu barədə müraciət etdiyi bildirilir.

Belə bir statistika ölkədə işsizlik səviyyəsinin artdığını göstərsə də, ekspertlər bunun müvəqqəti bayram günləri ünsürləri ilə əlaqədar ola biləcəyini də qeyd edir. Bu, eyni zamanda, iyul ayından sonra ən yüksək göstəricidir.

Amerikada hazırda işsizliyin səviyyəsi 5 faiz təşkil edir. Bu, 42 ildə ən aşağı göstəricidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR