Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli "ARMO STORE" supermarketinin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanıb. Marketin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az