ABŞ İrana qarşı sanksiyaları təxirə saldı

ABŞ İrana qarşı sanksiyaları təxirə saldı
07:42 2 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Ağ Ev balistik raket proqramı həyata keçirən İrana qarşı tətbiq eləmək istədiyi sanksiyaları təxirə saldı.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Vaşinqton İranın nüvə tədqiqtları ilə bağlı əldə edilən müqaviləni təhlükəyə soxmamaq üçün bu addımı atıb.

"The Wall Street Journal"ın yazdığına görə, ABŞ maliyyə nazirliyi hazırladığı maliyyə sanksiya planının təxirə salındığını, ancaq ləğv edilmədiyi bildirib. 

Məlumata görə, ABŞ rəhbərliyi İranın balistik raket proqramı ilə əlaqəsi olan Honkonq və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri haqqında da sanksiyalar hazırlayır.

Hüquqi sanksiya planlarının İranın nüvə tədqiqatları barəsində əldə edilmiş müqavilələri tətbiqinə əhəmiyyətli şəkildə maneə ola bilər. Bunun isə Vaşinqton ilə Tehran arasındakı əlaqələrin pozulmasına yol aça biləcəyi qeyd edilir. 2015-ci ilin iyul ayında İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyadan ibarət olan 5 + 1 qrupu arasında bağlanan müqavilədə İranın nüvə proqramının nəzarət altına alınması müqabilində Qərb tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılması nəzərdə tutulur .

İranla imzalanmış müqavilədən sonra Tehran iki balistik raket sınağı həyata keçirib. Fransız mətbuatına müsahibə verən ABŞ rəsmilərindən biri Ağ Evin İranın balistik raket proqramını nəzarətə götürdüyünü problemin həlli üçün diplomatik yolların nəzərdən keçirildiyini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR