​Hindistanda HHQ bazasına silahlı hücum olub

​Hindistanda HHQ bazasına silahlı hücum olub
07:47 2 Yanvar 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Ən azı dörd silahlı şəxs Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) Pəncab ştatında yerləşən Patxankot bazasına hücum edib.
"Report" xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Yerli hakimiyyət orqanı nümayəndəsinin sözlərinə görə, ilk atışma səsləri Bakı vaxtı ilə gecə 03:00 radələrində eşidilib. O bildirib ki, yaraqlılar baza ərazisinə keçmək üçün bir gün əvvəl oğurladıqları polis avtomobilindən istifadə ediblər.
Son məlumatlara görə, hücum zamanı iki yaraqlı zərərsizləşdirilib. Həmçinin baza ərazisində olan vertolyot və təyyarələrin hücum zamanı zərər çəkmədiyi qeyd olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-hhq-bazasina-silahli-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR