Məşhur müğənni narkotikadan öldü - VİDEO - FOTO

Məşhur müğənni narkotikadan öldü - VİDEO - FOTO
07:47 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yeni ilin ilk günü əfsanəvi müğənni və aktrisa Natali Koul dünyasını dəyişib. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, dünyaca məşhur məşhur caz müğənnisi Nat Kinq Koulun qızı Los-Ancelesdə 65 yaşında ölüb.

"Qremmi" mükafatının sahibəsi Natali Koulun ölüm səbəbi "sağlamlıqla bağlı kompleks problem"lər adlanır. Koul narkotik asılılıqdan və hepatitlə mübarizə aparırdı.

Nat Kinq Koul

Vokal karyerasını müğənni R&B stilində başlayıb, amma sonra cazı ifa etməyə başlayıb. Natali Koulun karyerasında əsas müvəffəqiyyət Unforgettable... With Love (1991) albomu olub. Albom 14 milyon surət çıxarılıb və altı "Qremmi" mükafatı alıb.
Umümən Koul 19 dəfə "Qremmi"yə namizəd olub və 9 dəfə nominasiyanın qalibi olub.

Natali Koul

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR