Oğuzda taxıl əkini sahələri 745 hektar artırılıb

Oğuzda taxıl əkini sahələri 745 hektar artırılıb
08:08 2 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Oğuz, 2 yanvar, AZƏRTAC
Cari mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün 17 min 95 hektar sahədə payızlıq taxıl əkilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 745 hektar artırılıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, taxıl əkinlərinin 12 min 165 hektarını buğda, 4 min 930 hektarını isə arpa sahələri təşkil edir. Taxıl səpini üçün ayrılan 3 min 360 ton yüksək reproduksiyalı toxumun 2 min 130 tonu rayonda fəaliyyət göstərən 7 özəl toxumçuluq təsərrüfatında istehsal olunub. Toxumun qalan hissəsini isə fermerlər digər toxumçuluq təsərrüfatlarından əldə ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oguzda_taxil_ekini_saheleri_745_hektar_artirilib-915849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR