Fransada məscidə maşınla hücum edildi - VİDEO - FOTO

Fransada məscidə maşınla hücum edildi - VİDEO - FOTO
08:32 2 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın cənubundakı Valans şəhərindəki "Furqan" məscidi hücuma məruz qalıb. Anspress-in "Euronews"ə istinadən verdiyi məlumata görə, naməlum şəxs idarə etdiyi avtomobili məscidi mühafizə edən əsgərlərin üstünə sürüb. Hücum edən şəxs əsgərlər tərəfindən atəş açılaraq dayandırılıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. 

Hadisə zamanı məsciddə olan 72 yaşlı mömin və bir əsgər yüngül xəsarət alıb. 

Valansın yaxınlığında olan Lion şəhərinin Bron qəsəbəsindən olan 29 yaşlı sürücünün avtomobilini əsgərlərin üstünə sürməsinin səbəbləri hələlik bilinmir. 

Ötən il noyabrın 13-də Fransanın paytaxtı Pasrisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən sonra bu ölkədə təhlükəsizlik tədbirləri ən yuxarı səviyyəyə çatdırılıb.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR