Yeni il gecəsi Fransada 800-dən çox maşın yandırılıb

Yeni il gecəsi Fransada 800-dən çox maşın yandırılıb
08:37 2 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi ərzində Fransada xuliqanlar tərəfindən 804 maşın yandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznev məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ərzindəkindən 14,5% azdır. O zaman 940 avtomobil yandırılmışdı.
Bununla belə yaxalanan xuliqanların sayı iki dəfə artaraq 622 nəfərə çatıb. Tutulanlardan 368 nəfəri müvəqqəti həbs altına alınıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR