​Bakıda supermarketdə yanğın olub, ərzaq məhsulları yanıb

​Bakıda supermarketdə yanğın olub, ərzaq məhsulları yanıb
08:52 2 Yanvar 2016
59 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Gecə saatlarında Bakının Nizami rayonunda sahibi məlum olmayan ikimərtəbəli supermarketdə yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 900 kv.m olan “Armo Store”nin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanıb.
Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-supermarketde-yangin-olub-erzaq-mehsullari-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR