Çe Qevaranı vuran generalın qızı ali baş komandan oldu - FOTO

Çe Qevaranı vuran generalın qızı ali baş komandan oldu - FOTO
08:57 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Kubanın əfsanəvi qəhrəmanı, argentinalı inqilabçı Ernesto Çe Qevaranı güllələyən general Luis Antonio Reke Teranın qızı Xina Reke Teran Boliviyanın ali baş komandanı təyin olundu. Milli.Az anspress-ə istinadən xəbər verir ki, 53 yaşlı Xina Teran Boliviyanın ilk qadın ali baş komandanı oldu. Ölkə prezidenti Evo Moralesin iştirak etdiyi mərasimdə and içən Xina Reke Teran vəzifəsinin icrasına başlayıb.

İnqilabçı Çe Qevara 1967-ci il oktyabrın 9-da Boliviyada esir götürüldükdən sonra yaxınlıqdakı La İqera kəndindəki məktəbə aparılır və ertəsi gün güllələnərək edam edilir. Püşkatma nəticəsində güllələnmə işi o zamanlar Boliviya ordusunda çavuş olan Luis Reke Terana tapşırılır. Edamın icrası vaxtı Teranın çox həyəcanlandığı və Çe Qevaranı sadəcə yaraladığı, Çenin həmin anda naməlum şəxs tərəfindən güllə ilə vurularaq öldürüldüyü qeyd edilir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR