ABŞ nefti ilk dəfə dünya bazarında

ABŞ nefti ilk dəfə dünya bazarında
09:26 2 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ “qara qızıl”ın ixracına qoyduğu 40 illik embarqodan sonra öz neftini ilk dəfə olaraq xaricə çıxarıb. ANS PRESS-in məlumatına görə, "ConocoPHillips" şirkətinə məxsus neftlə dolu tanker Texas ştatının Korpus-Krisi şəhərindən İtaliya limanlarından birinə doğru istiqamət götürüb. Bu neft partiyası İsveçrə-Niderland birgə şirkəti "Viol" üçün nəzərdə tutulub. ABŞ yaxın günlərdə sözügedən ünvana daha bir tanker göndərəcək.

Amerikanın ehtiyatlarında 695 milyon barel neft var və Vaşinqton onun 8%-ni satmağı planlaşdırır. Qanun layihəsinə müvafiq olaraq, əldə edilən gəlirlər saxlanılmaq üçün Maliyyə Nazirliyinin ümumi fonduna veriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR