Zaqatala-Balakən bölgəsinə 1 metrdən çox qar yağıb

Zaqatala-Balakən bölgəsinə 1 metrdən çox qar yağıb
10:14 2 Yanvar 2016
103 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanın şimal-qərb bölgəsinə 1 metrdən artıq qar yağıb

 

Azərbaycanın şimal-qərb bölgəsinə dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda da davam edir.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Balakən, Qax, Zaqatala rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 80, dağlıq yaşayış məntəqələrində isə 1 metrdən çoxdur.

 

Nəticədə bölgənin əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət dayanıb.

 

Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizləmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək.

 

Elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunacağı açıqlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR