Hərbi bazaya hücum: 4 terrorçu öldürüldü

Hərbi bazaya hücum: 4 terrorçu öldürüldü
10:47 2 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Silahlı şəxslər Hindistanın Pathankot şəhərində Hərbi Hava Qüvvələrinə məxsus bazaya hücum ediblər.
 
APA-nın xəbərinə görə, bu barədə Hindistanın ANI agentliyinin "Twitter" ünvanında məlumat verilib. Hərbçilərlə terrorçular arasında düşən atışmada hücum edən şəxslərdən 4-ü zərərsizləşdirilib. Atışma zamanı iki hərbçi həlak olub.
 
"Silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında atışma başa çatıb. Atışmada Hindistan Milli təhlükəsizlik Qvardiyasının 50 əsgəri iştirak edib. Lakin bazanın ərazisi hələ ki, silahlılardan təmizlənməyib", - deyə məlumatda bildirilir.
 
Atışmanın 4 saata yaxın davam etdiyi xəbər verilir.
 
"IBNLive" portalı daha bir nəfərin yaralandığı barədə məlumat verib. Mənbənin bu portala verdiyi məlumata görə, silahlı şəxslər Hindistana Pakistanın Bahavalpur şəhərindən 4 gün əvvəl gəliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR