Güclü qar Bakı-Balakən qatarının hərəkətini dayandırıb

11:03 2 Yanvar 2016
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda höküm sürən qarlı hava şəraiti dəmir yollarının işinə də təsir edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, güclü qar səbəbindən Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar hazırda Qax rayonu ərazisində dayanıb.

N.Əzməmmədov bildirib ki, hazırda həmin ərazidə təmizlik işləri aparılır. Onun sozlərinə görə, Qax rayon İcra Hakimiyyətinə müraciət olunub ki, sərnişinlərin ünvana çatdırılması üçün nəqliyyat vasitəsi təmin etsin: “Çünki yolun təmizlənməsi bir az vaxt aparacaq. Yağan qarın səviyyəsi 70-80 sm təşkil edir. Əslində qatar hərəkətini davam etdirə bilər, ancaq təhlükəsizlik baxımından biz özümüz qatarın hərəkətini dayandırmışıq”.

N.Əzməmmədov əlavə edib ki, digər istiqamətlərdə qatarların hərəkətində heç bir problem yoxdur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR