Röya Ayxan Türkiyənin məşhur dəb verilişinə qatılıb

Röya Ayxan Türkiyənin məşhur dəb verilişinə qatılıb
11:04 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Türkiyədə yayımlanan "İşte benim stilim" adlı verilişə qatılıb. Lent.az-ın məlumatına görə, verilişin Yeni ildəki ilk buraxılışında qonaq olan ifaçı repertuarında yer alan “Kesin bilgi” adlı mahnını oxuyub: “Azərbaycan və Türkiyə başda olmaqla, bütün dünyanın 2016-cı ilini təbrik edirəm. Sülh ili olmasını arzulayıram. 2016-cı ilə sizinlə başlamaq mənə xoş oldu. Hər kəsə uğurlar arzulayıram. Biz sizi çox sevirik, siz də məni sevin".

 

Xatırladaq ki, R.Ayxan proqram zamanı “Göndər” adlı mahnısını da oxuyub.

 

Qeyd edək ki, "İşte benim stilim" yarışmasının münsifləri İvana Sert,  Hakan Akkaya, Neslihan Yargıcı və Uğurkan Erezdir. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR