BP Azərbaycanın iri qaz yatağında quyuların sayını artıracaq

BP Azərbaycanın iri qaz yatağında quyuların sayını artıracaq
11:28 2 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

2016-cı ilin I yarısında Azərbaycanın Xəzərdəki iri "Şahdəniz" qaz-kondensat yatağında 3 yeni quyunun istismara verilməsi planlaşdırılır. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, gələn il üçün qazma işləri üzrə plan hələ təsdiq edilməyib, lakin ilin I yarısında qazılmasına 2015-cı ildə başlanılan 3 quyu istismara veriləcək.

Mənbə bildirib ki, "SDA07" və "SDA08" hasilat quyularının istismara verilməsi planlaşdırılır: "Onların üzərində iş "Şahdəniz Alfa" platformasından aparılır. Bundan başqa "SDD04" quyusunun istismara verilməsi planlaşdırılır. Onun üzərində iş isə "Heydər Əliyev" platformasından aparılır".

"Caspian Shipyard" tikiinti meydançasında təmirdə olan "İstiqlal" qazma qurğusunun modernləşdirilməsi üzrə işlər başa çatdlrıldıqdan sonra o bu ilin yayında "SDG03" quyusunu qazmağa qayıdacaq.

Mənbə əlavə edib ki, bu, 2016-cı ildə "Şahdəniz" hasilat quyularının sayını ən azı yarıyadək artırmağa imkan verəcək: "Lakin gələn il üçün təsdiq ediləcək qazma işləri üzrə proqram daha geniş olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2476289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR