Dubaydakı Yeni il burunlarından gəldi

Dubaydakı Yeni il burunlarından gəldi
11:37 2 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Dubaydakı "Address Downtown" mehmanxanasında baş verən yanğında xəsarət alanlar arasında azərbaycanlıların olmadığı barədə xəbər rəsmən təsdiqlənib.
 
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Dubay Əmirliyinin dövlət orqanları tərəfindən Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna verilən rəsmi məlumata görə, xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
 
Qeyd edək ki, dekabrın 31-də yeni ilin gəlişinə az qalmış Dubaydakı çoxmərtəbəli "Address Downtown" mehmanxanasında yanğın baş verib.
 
Yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər basabasda ürək tutmasından ölüb.
 
Yanğının səbəbləri hələlik məlum deyil.
 
Yanğın zamanı mehmanxanada Yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR