Güclü qar Bakı - Balakən qatarını yolda qoydu

Güclü qar Bakı - Balakən qatarını yolda qoydu
11:56 2 Yanvar 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı – Balakən dəmir yolu ilə hərəkət edən qatar Qax rayonu ərazisində 3 saat ərzində qalıb.

Qatar sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, güclü qar səbəbindən qatar hərəkət edə bilmir.

“Ötən gün saat 21:30-da Bakıdan Balakənə getmək üçün yola düşdük. Qax rayonunda dəmir yolunun üzəri qarla örtülüb. Qatar hərəkət edə bilmir. Hazırda burada təxminən 250 sərnişin çıxılmaz vəziyyətdə qalıb. Bizə də heç kim məlumat nə edəcəyimiz barədə məlumat verilmir”,- deyə sərnişinlərdən biri bildiridi.

Faktı Azərbaycan Dəmir Yolları QSC-dən təsdiqlədilər. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov ANS PRESS-ə bildirdi ki, gecədən yağan güclü qar dəmir yollarının üzərini örtdüyü üçün qatar hərəkət edə bilmir.

“Hazırdan yolun qardan təmizləmə işləri aparılır. Yolu açmaq üçün çoxlu texnika həmin əraziyə göndərilib. Yaxın saatlarda problem aradan aldırılacaq”.


Hadisənin baş verdiyi Qax rayonu

Nadir Əzməmədovun sözlərinə görə, yolda qalan sərnişinlərin mənzil başına çatdırılması üçün əraziyə avtomobillər göndərilir və artıq onların daşınmasına başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR