Bakının bəzi qəsəbələrinə işıq verilməsi ilə bağlı problem yaranıb

Bakının bəzi qəsəbələrinə işıq verilməsi ilə bağlı problem yaranıb
12:14 2 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

“Bakı və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur”.

 

Bunu APA-ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

O bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq Bakının Mehdiabad və Masazır qəsəbəsində enerjinin verilişində kiçik problemlər mövcuddur: “Belə ki, hava veriliş xətlərində problemlər var. Əməkdaşlarımız hazırda iş başındadır və yaranmış problemin aradan qaldırılması istiqamətində operativ fəaliyyət göstərirlər”.

 

T. Mustafayev əlavə edib ki, müəyyən qəsəbələrdə fərdi evlərə enerji verilişində də kiçik qəzalar baş verib və hazırda aradan qaldırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR