Yeni ildə vurulan piyada dünyasını dəyişdi

Yeni ildə vurulan piyada dünyasını dəyişdi
12:26 2 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

31 dekabr 2015 il tarixindən bu günə qədər paytaxtda iki piyada vurma ilə nəticələnən yol qəza hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə bu haqda, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun açıqlamasında deyilir.

“Xəzər rayon ərazisində qeydə alınan yol nəqliyyat hadisəsi zamanı piyada dünyasını dəyişib, Nəsimi rayon ərazisində isə baş vermiş qəza hadisəsində piyada yüngül bədən xəsarəti alıb”.

Paytaxtda hökm sürən qarlı hava ilə bağlı yollardakı vəziyyətdən danışan Vaqif Əsədov bildirib ki, hal-hazırda Bakının inzibati ərazisinə aid küçə və prospektlərdə vəziyyət normaldır, nəqliyyat vasitələrinin istənilən istiqamət üzrə hərəkət etməsi mümkündür.


Vaqif Əsədov - Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi


V.Əsədov bildirib ki, nisbətən yüksəklik olan ərazilərdə, misal üçün Qurd Qapısı, Yasamal rayonunun hündür əraziləri və digər ərazilərdə qarın qalması müşahidə edilir: “Ancaq buna baxmayaraq yollar üzrə hərəkət mümkündür”.

V.Əsədov sürücüləri ehtiyyatlı olmağa çağırıb: “Hərəkətin mümkün olmasına baxmayaraq, hazırki vəziyyətdə yollarda sürüşmə ehtimalı var. Sürücülərdən xahiş edilir ki, yol və metroloji şəraiti nəzərə alsınlar. Ümumiyyətlə belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər”

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR