Qar Ağsu dolaylarında sürücülər üçün bəzi çətinliklər yaradıb

Qar Ağsu dolaylarında sürücülər üçün bəzi çətinliklər yaradıb
12:38 2 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 2 dekabr, AZƏRTAC
Dayanmadan yağan güclü qar Ağsuda bir sıra ciddi fəsadlar törədib. Belə ki, 30-dək yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda rayonda enerjinin bərpası üçün ciddi işlər görülür. Qarın hündürlüyü dağətəyi ərazilərdə 20-22 santımetrə, dağlıq yerlərdə 30-33 santımetrə çatıb.
AZƏRTAC xəbər verir ki, yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində, xüsusən dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb. Əraziyə cəlb olunan texnikanın, o cümlədən qreyderin, duzsəpən və yük maşınlarının köməyi ilə səhər tezdən dolaylarda yolun təmizləməsinə başlanılıb.
Sürücülərə zərurət yaranmasa gediş-gəliş üçün Ağsu dolaylarından istifadə etməmək tövsiyə olunur. Əks təqdirdə avtomobillərin saz olmasına, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və ya şinlər üçün zəncirlərdən istifadə edilməsinə diqqət yetirmək məsləhət görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qar_Agsu_dolaylarinda_suruculer_uchun_bezi_chetinlikler_yaradib-915865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR