Bəzi avtobusların hərəkətinə məhdudiyyət qoyulub

Bəzi avtobusların hərəkətinə məhdudiyyət qoyulub
12:47 2 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

"Güclü qar səbəbindən sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkətində heç bir problem yaşanmayıb". 

Bunu APA-ya Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.
 
"Yalnız hava şəraiti ilə əlaqədar Şamaxı-Ağsu yolu ilə avtobusların hərəkəti dayandırılıb. Avtobuslar aşağı, Kürdəmir yolu ilə hərəkət edirlər. Qalan bütün yollarda avtobusların hərəkəti normaldır. Düzdür, qar çox yağsa da heç bir avtobus yolda qalmayıb", - deyə M.Abdullayev bildirib.
 
M.Abdullayev ötən illərlə müqayisədə bu il sərnişinləri az olduğunu da qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR