Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 85 santimetrə çatıb

Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 85 santimetrə çatıb
12:53 2 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 2 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrində qarın hündürlüyü 80 santimetrdən çoxdur. Güclü qarın yağması ilə əlaqədar yollarda avtomobillərin hərəkəti çətinləşib.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Qırız kəndinə 84, Xınalığa 82, Quba şəhərinə isə 43 santimetr hündürlüyündə qar yağıb. Qusar rayonunun Ləzə kəndində qarın hündürlüyü 85, rayon mərkəzində 50, Xaçmazda 29, Siyəzəndə isə 20 santimetrdir. Dağlıq ərazilərə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb.
Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bir neçə ucqar dağ kəndinə gedən yolun bağlandığı bildirilib. Hazırda Bakı-Quba və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun qardan təmizlənməsi üçün texnika eləcə də canlı qüvvə cəlb olunub.
Qusar rayonunda isə ucqar Sudur kəndi istiqamətində gedən yolun bağlanması səbəbindən bir neçə kəndlə əlaqə kəsilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simal_bolgesinin_dagliq_yasayis_menteqelerinde_qarin_hundurluyu_85_santimetre_chatib-915866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR