"Real" Ronaldunu satır

"Real" Ronaldunu satır
12:57 2 Yanvar 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın heyətində köklü dəyişiklik ola bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, "kral klubu"nun prezidenti Florentino Peres mövsümün sonunda bir neçə oyunçunu yola salmağı planlaşdırır.
 
Baş məşqçi Rafael Benitesi ən geci mövsümün sonunda istefaya göndərməyi düşünən Peresin "qara siyahı"sında düz 9 futbolçu var. O, bu oyunçuların gedişi ilə klubun büdcəsinə ən azı 200 milyon avro gəlir qazandırmaq niyyətindədir.
 
Siyahıdakı ən diqqətçəkən adlar Kriştianu Ronaldu və kapitan Serxio Ramosdur. Peres portuqaliyalı superulduzu 60, ispaniyalı müdafiəçini isə 40 milyon avroya transferə çıxaracaq. Həmçinin Kərim Benzema, Toni Kroos, Xese, İsko, Alvaro Arbeloa, Keylor Navas Denis Çerışevin də yayda "Real"dan getməsi gözlənilir.
 
Madrid təmsilçisi mövsümün sonunda nəyin bahasına olursa-olsun, David De Xea ("Mançester Yunayted"), Robert Levandovski ("Bavariya") və Eden Azarı ("Çelsi") heyətinə cəlb etməyə çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR