Bayram günlərini qaranlıqda keçirlənlər

Bayram günlərini qaranlıqda keçirlənlər
13:16 2 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Hökməli qəsəbə sakini Sara Ağayeva Yeni ili qaranıqda qarşılayıb.

Onun ANS RPESS-ə verdiyi məlumata görə, Hökməli – Qobu yolunda yerləşən yaşayış massivində 3 gündür ki, elektirik enerjisi yoxdur.

“İşıq söndüyü üçün evi qazla qızdırırıq. Bu səbəbdən gecə küləyin qazı söndürməməsi üçün növbə çəkirik. Ərazidə bir transfarmator var. İşıq idarəsindən gəlib bütün evlərin işığını ora qoşurlar. Ona görə də problem yaranır”.

Sara Ağayeva kimi Bakının Xətai, Yasamal, Binəqədi rayonunun bir sıra sakinləri də işıqsızdırlar.

Bundan əlavə Ağcabədi , Balakən rayonlarının bəzi ərazilərində, Salyan rayonunun Xidirli kəndində, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində elektirik enerjisinin olmadığı barədə ANS PRESS-ə şikayyətlər daxil olur.

Problemlə bağlı “Azərişıq” ASC -nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ANS PRESS-ə açıqlamasında bildirdi ki, respublikanın bəzi ərazilərində güclü yağış və qarla əlaqədar elektirik xəttlərində bir sıra problemlər yaranıb.

“Əsasən bəzi fərdi evlərə və dağ kəndlərinə gedən xəttlərdə qısamüddətli qəza vəziyyətləri yaranır. Problemlər isə əməkdaşlarımız tərəfindən operativ aradan qaldırılır. Təmir işlərinə dağlıq ərazilərə qalxan maşınlar cəlb edilib. Elektirik enerjisi ilə bağlı problemi olan sakinlər 199 saylı telefona zəng vurmaqla qəza xidmətinə müraciət edə bilər".




Tanrıverdi Mustafayev bildirdi ki, idarəyə Mehdabad və Masazır qəsəbələrində fərdi evlərdə yaşayan sakinlərdən elektirik enejisindəki problemlərlə bağlı müraciətlər daxil olub.


Tanrıverdi Mustafayev - "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR