Azərbaycanlı hakimlərinin Antalyada keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub

Azərbaycanlı hakimlərinin Antalyada keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub
13:47 2 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulan ənənəvi qış təlim-məşq toplanışı ləğv olunub. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
O bildirib ki, toplanış Bakıda keçiriləcək. X.Məmmədovun sözlərinə görə, hakimlər qış toplanışı paytaxtda keçirəcək Premyer Liqa klublarının yoxlama görüşlərini idarə edəcəklər: "Bizə lazım olan oyunların olmasıdır. Klublarımızdan bir neçəsi Bakıda qalacaq. İnanıram ki, hakimləri sınaqdan keçirmək üçün kifayət qədər oyunlar olacaq".
X.Məmmədov Antalya toplanışının təxirə düşmə səbəblərini də açıqlayıb: "Çətinliklər var. Amma bir amili də nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə münasibətlərinə görə, rusların xeyli sayda klubu Türkiyəyə gəlməyəcək. Bu da qış təlim-məşq toplanışı üçün Antalyaya az sayda komandanın gəlcəyini deməyə əsas verir. Üstəlik planın dəyişməsinə dolların məzənnəsinin qalxması da səbəb olub".
Qeyd edək ki, azərbaycanlı hakimlər 2009-cu ildən qış toplanışını Antalyada keçiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycanli-hakimlerinin-antalyada-kecirilmesi-nezerde-tutulan-telim-mesq-toplanisi-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR