1 ailə qidadan, 1 ailə isə turşusundan zəhərləndi - AZƏRBAYCANDA

1 ailə qidadan, 1 ailə isə turşusundan zəhərləndi - AZƏRBAYCANDA
14:04 2 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.

 

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

 

Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki  kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri – bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib.  Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.

 

Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR