Şəmkirdə ağır yol qəzası, yaralı var

Şəmkirdə ağır yol qəzası, yaralı var
14:27 2 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21015" ilə "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107"nin sürücüsü, 1990-cı il təvəllüdlü Orxan Məmmədov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
  
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR