Qar Göyçayı işıqsız qoydu - FOTO

Qar Göyçayı işıqsız qoydu - FOTO
14:57 2 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

İki gündür Göyçay rayonuna fasiləsiz yağan güclü qar bir sıra fəsadlar törədib. 

"Report"un xəbərinə görə, ötən gün axşam saatlarında güclənən qar bir neçə kənddə elektrik və rabitə xətlərini qıraraq sıradan çıxarıb, dirəklər aşıb. Eyni zamanda, bəzi kənd yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb. Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda rayonun bütün kəndlərində briqadalar çalışır. Rayon mərkəzinin bir hissəsi elektrik enerjisi ilə təmin olunub. Digər ərazilərdə işlər gedir.
Rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, Qarayazı, Qarabaqqal, Bığır, Çayarxı, Ləkçıplaq, Alpout, Mırtı, Mirzəhüseynli və Ərəb kəndlərində elektrik naqilləri qırılıb. Bununla yanaşı, rayonda bir neçə evin damı, istixanalar qarın ağırlığına tab gətirməyək çöküb.
Qeyd edək ki, qarın yağması hələ də davam edir. Göyçay ərazisində qarın hündürlüyü 20 sm, dağlıq və dağətəyi kənd və ərazilərdə 25-30 sm-dir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR