Ən çox danlanan və cərimələnən telekanallarımız

Ən çox danlanan və cərimələnən telekanallarımız
16:05 2 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Report-a istinadən bildirir ki, MTRŞ 2015-ci ildə "Space Müstəqil Teleradio Şirkəti"nə 3 dəfə xəbərdarlıq edib. 

Ötən il ərzində ən çox cərimə olunan televiziya isə ANS Müstəqil Yayım və Media Şirkətidir. Şura ANS-i ümumillikdə 240 min manat cərimələyib. Bundan başqa, MTRŞ ANS televiziyasının efirində yayımlanan "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni" verilişlərinin yayımını bir ay, "Salam Azərbaycan" proqramının efirə getməsini 10 gün müddətinə dayandırıb. 

2015-ci ildə şura "Lider TV və Radio Azərbaycan" MMC-yə, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə bir dəfə xəbərdarlıq edib.

"ATV" telekanalının efirində yayımlanan "Qaynanamız" teleserialının yayımı tam dayandırılıb.
Eyni zamanda, Xəzərin "Günəşli" yatağındakı 10 saylı dəniz özüllərində baş verən qəzaya görə ölkədə elan olunan matəm günündə qanunu pozduqlarına görə "Space", "Xəzər" televiziyalarına, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarına irad tutulub, yayımçılara müvafiq tövsiyələr verilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR