"Məşqlərə yeni "Hummer"lə gəlməsəydi..."

"Məşqlərə yeni "Hummer"lə gəlməsəydi..."
18:27 2 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin eks üzvü Rud Qullit "Manchester United"in yarımmüdafiəçisi Memfis Depayın 2015-ci ildəki çıxışı barədə danışıb. Goal.az xəbər verir ki, Qullit gənc futbolçunun özünü Premyer Liqada göstərə bilmədiyini söyləyib.

"Futbolçular özlərinə nəzarət etməyi bacarmalıdır. Əgər oyunda 3 qol imkanın olursa və onlardan heç birini reallaşdıra bilmirsənsə, bəlkə, heç vaxt yaxşı oynamamısan? Şans əldə edirsənsə, bunun realizasiyası üçün çalışmalısan. Bunlar Memfisə aiddir. Onu İngiltərə Premyer Liqasında mövsümün uğursuzu adlandırmaq olar. Depayın pərəstişkarıyam, ona olan ümidlərimi qoruyuram. Amma bu cür oyunla heç nə edə bilməz. Memfisin yaxşı keyfiyyətləri var, gəncdir və çox şeyə nail olmağı mümkündür. O, məşqlərə yeni "Rolls Roys" və ya "Hummer" avtomobilində gəlməməlidir. Futbola diqqət yetirmək lazımdır. Oyunçunun idmandn kənar amillərə görə səhnədən itməsi birabırçıqlıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR