Buzlu yolda qəza: ana-bala yaralandılar - FOTO

Buzlu yolda qəza: ana-bala yaralandılar - FOTO
18:37 2 Yanvar 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunun Dönükqırıqlı kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolun buzlu və sürüşkən olması səbəbindən Asim Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Məhəmməd Mehdiyevin sürücüsü olduğu "VAZ 2107" markalı maşınla toqquşub.
Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan Qazax rayon sakinləri - 48 yaşlı Pəri Mehdiyeva və onun 3 yaşlı övladı Nihat Mehdiyev müxtəlif dərəcəli xəsarətlər alaraq Qazax Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılara ilkin yardım göstərilib. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR