Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub

Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub
18:38 2 Yanvar 2016
298 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər, o cümlədən şiə din xadimi şeyx Nimr ən-Nimr edam olunub.
AZƏRTAC Euroweus telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları edam olunanların əksəriyyətini 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edib. Onların 45 nəfəri Səudiyyə Ərəbistanı, 2 nəfəri isə Misir və Çad vətəndaşlarıdır.
Edam olunanlar arasında 2011-2013-cü illərdə Səudiyyə Ərəbistanında keçirilən etiraz aksiyaları zamanı həbs olunmuş şiələr də var. Bu ərəfədə İran tərəfi hədələmişdi ki, əgər ən-Nimr edam olunsa, bu, Səudiyyə Ərəbistanına baha başa gələcək.
Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanında 157 nəfər edam edilmişdi.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR