Tanınmış futbolçu radara düşdü

Tanınmış futbolçu radara düşdü
19:01 2 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının ulduz futbolçusu Xames Rodrigez avtomobilini saatda 200 km sürətlə idarə edib.

ANS PRESS-in məlumatına görə, bu zaman kolumbiyalı oyunçu İspaniya polisinin radarına düşüb.

Ancaq, o, polisin "dur" əmrinə tabe olmayıb və hadisə yerindən qaçaraq "Real"ın "Valdebebas" adlanan bazasında gizlənib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbədə bildirilir ki, polisin əmrinə tabe olmayan Rodrigezi ciddi cəza gözləyir. Onun sürücülük vəsiqənin əlindən alınacağı da istisna deyil. Polis faktla bağlı araşdırmaya başlayıb.



Rodriguez 2014-cü il iyulun 22-də "Real"a transfer olunub. Kolumbiyalı gənc ulduza görə "Kral klubu" 80 milyon avrosundan keçməli olub. Xamesin transfer qiyməti Beyl və Ronaldodan sonra klubun ödədiyi ən böyük məbləğdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR