"2016-cı il onun ili olmalıdır"

"2016-cı il onun ili olmalıdır"
19:12 2 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Mario Balotellinin agenti Mino Rayola mövsümün sonunda italyan hücumçunun "Liverpool"a qayıdacağını bildirib. Goal.az xəbər verir ki, Rayola "qırmızılar"ın baş məşqçisi Kloppun Balotelli barədə nə düşündüyünü isə bilmədiyini deyib.

"Nəzəri və hüquqi baxımdan Mario "Liverpool"a qayıtmalıdır. Yəqin ki, Kloppla danışacam. Bu, işimin bir hissəsidir. Kloppla tanışlığım var. İstedaddan söhbət gedirsə, Mario ona malikdir. Futbolçuya elə məşqçi lazımdır ki, ona güvənsin və şans versin. Amma realist olmaq lazımdır. Balotelli 2015-ci ildə obyektiv səbəblərə görə pis oynadı. 2016-cı il onun ili olmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR