Muarem yenidən Azərbaycanda

Muarem yenidən Azərbaycanda
19:41 2 Yanvar 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Muarem Muarem Azərbaycan klubu ilə anlaşıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Yeni Malatyaspor"un idman direktoru Ali Ravcı məlumat verib.

Klub rəsmisi bildirib ki, makedoniyalı futbolçunun "Yeni Malatyaspor"a keçidi baş tutmayıb: "Muaremlə bir müddət idi danışıqlar aparırdıq. Lakin transfer baş tutmadı. Çünki o, Azərbaycan klublarından biri ilə anlaşıb".


Muarem Muarem

Qeyd edək ki, Muarem 2012-2015-ci illərdə "Qarabağ"da çıxış edib. O, bir müddət əvvəl "Eskişəhərspor"dan ayrılıb. Makedoniyalı futbolçunun "Qarabağ"a dönməsi istisna deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR