Arda gələn həftə “Barselona” formasında ilk matçına çıxacaq

Arda gələn həftə “Barselona” formasında ilk matçına çıxacaq
19:44 2 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

 

 

FIFA-nın “Barselona” klubuna qoyduğu yeni transferlərin oynamamaq qadağası 2015-ci il dekabrın 31-də başa çatıb. Modern.az türk mediasına istinadən xəbər verir ki, bu səbəbdən də klubun baş məşqçisi Luis Enrikie yeni transferlər çilili Artur Vidal və türk Arda Turanı oyunun iştirak siyahısına daxil edib. Lakin İspaniya Futbol Federasiyası yeni ilin ilk günlərini bayram tətili hesab edərək yeni transferlərin bu gün “Espanyol”a qarşı oynamasına icazə verməyib. Buna baxmayaraq baş məşqçi bir neçə gün sonra, yəni, yanvarın 6-da bu iki futbolçunun oynamasına şərait yaradacağını bildirib.

 

Qeyd edək ki, yanvarın 6-da “Barselona” klubu yenə də “Espanyol”la kubok maçında görüşəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR