Dövlət qurumlarının xidmətlərindən istifadə asanlaşacaq

Dövlət qurumlarının xidmətlərindən istifadə asanlaşacaq
20:22 2 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda onlayn rejimdə elektron sənədlərin imzalanması üçün "Online Signer" proqram təminatı "Java" texnologiyalarının dəstəklənmədiyi "Google Chrome"un son versiyalarında istifadə etmək məqsədilə adaptasiya edilib.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildiriblər.

Onlyan rejimdə elektron imza dəstəyini təmin edən softun yeni komponentini e-imza.az saytından yükləmək olar. Distrubutiv Microsoft Windows 7, Windows 8.1 və Windows 10. əməliyyat sistemlərində işləyir.

Yeni həllin hazırlanmasında əsas məqsəd elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi, vətəndaşların "Elektron hökumət" portalında (e-gov.az) əlçatan olan dövlət qurumlarının elektron xidmətindən istifadəsinin asanlaşdırılmasından ibarətdir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR