Səudiyyə Ərəbistanında şiələr etiraza qalxdı

Səudiyyə Ərəbistanında şiələr etiraza qalxdı
21:37 2 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyə Ərəbistanında şiə müsəlmanlar eiraz aksiyası keçiriblər. Ölkənin şərqində yerləşən El-Katif şəhərində küçələrə çıxan insanlar terrorçuluğa görə həbs edilən, şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrinin edam olunmasına öz etirazlarını bildiriblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, etirazçılar hakim kral sülaləsi əleyhinə şüarlar səsləndiriblər

Öz növbəsində Bağdaddan olan şiə din xadimi Muktad əl-Sədr İraq hakimiyyətini ölkədə Səudiyyə Ərəbistanının səfirliyini bərpa etmək ideyasından imtina etməyə çağırıb.

Digər bir din xadimi isə deyib ki, Ayətullah Nemr Bakır ən-Nəmrinin edamı şiələrlə sünnilər arasında nifaqı gərginləşdirməyə yönəlib və regionda onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Bir daha xatırladaq ki, Səudiyyə Ərəbistanında müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfər edam edilib. Onların arasında şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin də olub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR