28 yaşlı Lənkəran sakinini maşın vurub qaçdı

28 yaşlı Lənkəran sakinini maşın vurub qaçdı
21:37 2 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Astaranın Siyavar kəndi ərazisində bu axşam Lənkəran sakinini maşın vurub.
"Report"un məlumatına görə, Lənkəranın Şahağacı kəndinin sakini 1988-ci il təvəllüdlü Həsənov Zamin Zahir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.  Şahidlərin sözlərinə görə, hadisəni törədən "Gazel" markalı maşın olub.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib.
Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Astara polisi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeran-sakinini-masin-vurub-qacdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR