İran tələbələri etiraz aksiyası keçiriblər

İran tələbələri etiraz aksiyası keçiriblər
22:19 2 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

İran tələbələri Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi qarşısında şeyx Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq aksiya keçiriblər.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, etirazçılar hakim Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.    

 

Qeyd edək ki, şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar İranda yanvarın 3-də ali təhsil müəssisələri fəaliyyət göstərməyəcək. Bütün ölkə ərazisində kütləvi etiraz aksiyaların keçiriləcəyi planlaşdırılıb.  

 

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

 

Bu gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR