Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib

Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib
22:34 2 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar 2015-ci ildə Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib.

 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Neymar Avropada ilin ən yaxşı braziliyalı futbolçusuna təqdim edilən “Qızıl samba” mükafatına ardıcıl olaraq ikinci dəfə layiq görülüb.

 

Mükafatın sahibi braziliyalı jurnalistlər, ölkənin tanınmış keçmiş futbolçuları və internet istifadəçiləri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Səslərin 37,87 faizini toplayan Neymar Almaniyanın “Bavariya” klubunun hücumçusu Kosta Duqlası (13 faiz) və İtaliyanın “İnter” komandasının yarımmüdafiəçisi Felip Melonu (9,39 faiz) böyük üstünlüklə geridə qoyub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR